Naxçıvan-Bakı təyyarəsindəki həyəcanın - Fotosu

Ötən gün AZAL-ın Naxçıvandan Bakıya uçan təyyarəsində həyəcanlı anlar yaşanıb. “Qafqazinfo” xəbər verir ki, təyyarənin salonunda oksigen maskaları açılıb.  Jurnalist Aygün Muradxanlı feysbuk hesabında həmin vaxt salonda olan sərnişinlərdən birinə istinadən hadisə ilə bağlı bəzi detalları bölüşüb.

Qeyd edib ki, salonda havalandırma işləməyib: “Sərnişinlərdən biri deyir ki, havaya qalxandan az sonra salonu xəfif tüstülənmə və kabel yanığı qoxusu bürüyüb, oksigen maskaları açılıb. Həyəcanı təsəvvür edirsiz yəqin… Az sonra kapitan hər şeyin yolunda olduğunu bildirib, amma bu necə “hər şey yolunda” olubsa, salonda havalandırma işləməyib. Sərnişinlər deyirlər, istilik 40 dərəcəyə yüksəlib. Uşaqlar heç dözmürmüş… Öncə Gəncədə qəza enişi etmək istəyiblər, sonra marşrutu dəyişməmək qərara alınıb və bir təhər Bakıya çatdırılıb.

Naxçıvan və digər daxili reyslərdə keyfiyyətsiz xidmət AZAL-ın iş prinsipinə çevrilib. Ən köhnə uçaqlar daxili reyslərə verilir. Bu olay da göstərir ki, texniki baxış əlüstü həyata keçirilir. Bu dəfə məftil sadəcə tüstülədi, birdən tüstü alova keçsə? Allah qorusun…”.