NATO Zelenskinin planını dəstəkləməlidir - Stoltenberq

NATO ölkələri Ukraynanın “sülh formulu”nu tam dəstəkləməlidir. 

Bizimxeber.az bildirir ki, bu barədə Alyansın baş katibi postunu tərk edən Yens Stoltenberq deyib.

“Biz Ukraynanın təşəbbüsünü dəstəkləməliyik. Bu, davamlı sülhə gətirib çıxara biləcək bir prosesin olmasını təmin edən bir təşəbbüsdür. Təbii ki, son nəticədə hansı şərtlərin məqbul olduğuna qərar verən ukraynalılardır. Onlar genişmiqyaslı işğalın qurbanı olublar”, - Stoltenberq bildirib.