"NATO Ukraynaya istədiyi qədər silah və müdafiə avadanlığı verəcək" - Stoltenberq

"Rusiya Federasiyası Ukraynanı işğal etməklə qitədə sülhü məhv edib və hazırda Ukrayna xalqı öz azadlığı uğrunda mübarizə aparır".

Bizimxeber.az ukranews-a istinadən bildirir ki, bunu NATO baş katibi Yens Stoltenberq brifinq zamanı deyib. 

"Dünya Rusiyanı və Rusiya rəhbərliyini hesaba çağırır. Rusiya təcavüzkardır və Belarus da buna töhfə verir. Prezident Vladimir Putin Ukraynanı işğal etmək qərarına gəlib və bu, Rusiyanın çox baha ödəyəcəyi dəhşətli strateji səhvdir ", - NATO generalı bildirib.

Onun sözlərinə görə, NATO demokratik islahatları təşviq etmək üçün Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina və Moldovaya daha çox yardım göstərmək niyyətindədir. 

O, həmçinin əlavə edib ki, alyansa üzv olan ölkələr Rusiya Federasiyasına və onun rəhbərliyinə qarşı sanksiyalar siyasətini davam etdirəcəklər. Bundan əlavə, Şimali Atlantika Alyansı Ukraynaya hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, müdafiə və öldürücü silahlar verməyə davam edəcək.