NATO təcili Ukrayna üçün hava müdafiəsi sistemi qurur

"Bu gün Alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşlərində və Ramşteyn formatında Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi mövzusu müzakirə üçün əsas prioritet olacaq".

Bizimxeber.az "UNİAN"a istinadən bildirir ki, bunu NATO-nun baş katibi Stoltenberq Brüsseldə Alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclası başlamazdan əvvəl keçirdiyi brifinqdə deyib.

"Bu gün biz Ukraynanın müdafiə naziri Oleksiy Reznikovla görüşəcəyik. NATO müttəfiqlərinin mesajı isə ondan ibarət olacaq ki, biz Ukraynaya dəstəyimizdə sarsılmazıq, uzunmüddətli dövrə hazırıq və lazım olan müddətdə ukraynalıları dəstəkləyəcəyik".

Həmçinin Reznikovla görüş Ramşteyn formatında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu çərçivəsində baş tutacaq. Görüşlərdə Ukraynaya dəstəyin artırılması yolları müzakirə olunacaq. Əsas prioritet Ukrayna üçün daha çox hava hücumundan müdafiə sistemləri olacaq", - Stoltenberq bildirib.