NATO ölkələri Rusiyaya qarşı hərbi əməliyyatların keçirilməsi üçün ssenarilər hazırlayır.
Bizimxeber.az bildirir ki, bunu Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko bildirib.
“İndi NATO üzvləri Rusiya ilə potensial silahlı toqquşmaya hazırlaşdıqlarını gizlətməyi dayandırıblar... Rusiyaya qarşı hərbi əməliyyatların mümkün variantları daim işlənir”, o, RİA Novosti-yə bildirib .
Diplomatın sözlərinə görə, NATO iqtisadiyyatın hərbiləşdirilməsi kursu götürüb və ölkələr Rusiyaya qarşı gərginlik dərəcəsini durmadan artırırlar. Qruşko qeyd edib ki, Rusiya və NATO fövqəladə hallar üçün “qaynar rabitə xətləri” saxlayır , lakin onlar gərginliyi azaltmaq üçün yollar tapmaq niyyətində deyillər.