NATO Rusiyanın bu mövqeyini zəiflədəcək - Milli

İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanın Baltik dənizindəki mövqeyini zəiflədəcək. 

Bunu ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib.

"İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiyanın Kalininqrad və Sankt-Peterburq ətrafındakı qısa zolaqlar istisna olmaqla, Baltik dənizinin sahilləri NATO üzvü ölkələrlə əhatə olunacaq”, - general bildirib.

Millinin sözlərinə görə, Baltik strateji baxımdan çox vacibdir, o, dünyanın ən böyük dəniz yollarından biridir.