"Qara dəniz NATO-nun şərq istiqamətində zəif nöqtəsidir".
Bizimxeber.az-ın məlumatına görə, bu barədə Britaniya ordusunun eksperti Qlen Qrant deyib. O bildirib ki, Bolqarıstan və Rumıniyanın zəifliyi, Türkiyənin barışmazlığı üzündən qarşı tərəfdə NATO yoxdur.
Ekspert deyib ki, Krımın Rusiyaya birləşdirilməsindən sonra bu regionda kollektiv Qərbin fəallığı azalmağa başlayıb: "NATO-nun Qara dənizdəki əməliyyatlara xərclədiyi vəsait onun strateji əhəmiyyəti ilə müqayisə oluna bilməz".