NATO-nun nüvə təlimləri başladı

NATO-ya üzv ölkələrin Hərbi Hava Qüvvələri bu gündən nüvə hücumlarının qarşısının alınması üzrə illik "Steadfast Noon" ("Steady Noon") təlimlərinə başlayıb.

Belçika, Böyük Britaniya və Şimal dənizi ərazilərində keçiriləcək və oktyabrın 30-dək davam edəcək hava təlimlərinə NATO-nun 14 ölkəsindən 60 təyyarə cəlb olunacaq. Bu məqsədlə ABŞ Hərbi Hava Qüvvələri Avropaya nüvə silahı daşımağa qadir olan B-52H strateji bombardmançı qrupunu göndərir.

Eyni zamanda NATO bəyan edib ki, təlim planlaşdırılmışdır, cari dünya hadisələri ilə bağlı deyil və təyyarələrdə hərbi silahlardan istifadə edilməyəcək.

Məlumata görə, ABŞ-ın Avropa və Türkiyədəki bazalarında 100 nüvə bombası arsenalı var.