"NATO-nun bütün ölkələri Ukraynanın üzvlüyündən razıdır" - Stoltenberq

"Alyansın bütün üzvləri Ukraynanın üzvlüyündən razıdırlar".

Bizimxeber.az bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, təşkilat Ukrayna dövlətini hərbi bloka qoşulmağa yaxınlaşdırmaq üçün hər şeyi etməlidir. 

Bu arada Ukrayna prezidenti Zelenski ölkəsinin NATO-ya üzv olmaq ümidlərinin sönməsindən təəssüflənib.