NATO-nun baş katibi: "Ukraynalılar ən ağır nəticələrlə üzləşəcəklər"

"Rusiya Ukraynada əməliyyata başlamaqla danışıqların qapısını bağladı". Bizimxeber.az bunu bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Biz həftələrlə, aylarla Rusiya ilə əlaqə saxlamağa çalışdıq. Lakin Rusiya heç vaxt bu danışıqları ciddi qəbul etmədi. Biz siyasi həll tapmağa çalışarkən onlar bu işğalı planlaşdırırdılar. Biz buna təəssüflənirik, lakin bu, reallıqdır", - Stoltenberq bildirib.

O əlavə edib ki, "ukraynalılar ən ağır nəticələrlə üzləşəcəklər, lakin bu, hamıya aiddir, ona görə də biz alyansın şərqində mövcudluğumuzu gücləndiririk".