NATO-nun rəhbəri Mark Riuten Şimali Koreya əsgərlərinin Rusiyanın Ukrayna ilə həmsərhəd olan Kursk bölgəsinə köçürülməsi barədə məlumatı təsdiqləyib.
Oktyabrın 28-də Brüsseldə çıxış edən Riute bu addımı Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin "əhəmiyyətli dərəcədə eskalasiyası" adlandırıb və deyib ki, bu, Rusiya prezidentinin müharibədə 600 mindən çox əsgər itirdikdən sonra "çarəsizliyinə" işarədir.
Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin son məlumatlarına görə, artıq 3000-dən çox Şimali Koreya əsgəri Rusiyaya göndərilib və dekabra qədər daha 12.000 əsgər göndəriləcək.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Rusiyaya göndərilən kontingentə döyüş təyyarələrinin pilotları daxildir.