Makedoniyanın keçmiş müdafiə naziri Radmila Sekerinska NATO baş katibinin müavini postunu tutacaq.
Bizimxeber.az bildirir ki, hərbi alyansın bir neçə rəsmisi AzadlıqRadiosuna deyib ki, alyansın yeni baş katibinin müavininin Mərkəzi və ya Şərqi Avropadan olan qadın siyasətçi olması üçün NATO daxilində güclü istək var.
NATO baş katibinin müavininin təyin edilməsi alyansın yeni baş katibi, oktyabrın 14-dən bu vəzifədə işə başlayan Hollandiyanın keçmiş baş naziri Mark Ruttenin ilk işi olub.
NATO baş katibinin müavini vəzifəsinə digər namizədlər arasında Bolqarıstanın keçmiş xarici işlər naziri Mariya Qabriel, Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç və Monteneqronun keçmiş müdafiə naziri Olivera İnjak da var.
Radmila Sekerinska 2017-2022-ci illərdə Şimali Makedoniyanın müdafiə naziri olub, 2020-ci ildə isə ölkəsinin NATO-ya qəbul prosesinə nəzarət edib.