"Respublikanı tərk edən Belarus müxalifəti 2025-ci il prezident seçkilərinə qədər ölkədə üsyan vəziyyəti yaratmaq istəyir".
Bizimxeber.az bildirir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko Milli Birlik Gününə həsr olunmuş tədbirlərdə deyib.
Dövlət başçısı qeyd edib ki, müxalifət informasiya hücumları həyata keçirir.
"Onlar silahlı hücumu da nəzərə almırlar" deyə Lukaşenko bildirib.