Mustafa Denizli istefa verdi


Türkiyənin "Altay” klubunun baş məşqçisi Mustafa Denizli istefa verib. Bu barədə klubun rəsmi məlumat yayıb. 

Denizli ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

Qeyd edək ki, bu mövsum Superliqaya yüksələn "Altay” son 13 həftədə heç bir matçda qalib gələ bilməyib. Mustafa Denizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.