Musk Dudovun dərhal azadlığa buraxılmasını tələb etdi

Amerikalı sahibkar İlon Mask, Fransada saxlanılan Teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun azad edilməsini tələb edib.

Bizimxeber.az bildirir ki, Mask bu çağırışı "X" platformasındakı hesabında edib.

"#FreePavel" (Pavelə azadlıq), - deyə iş adamı yazıb.

Qeyd edək ki, Teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durov Parisin Le Burje hava limanında saxlanılıb.

Onun saxlanılmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib.

Fransa hakimiyyəti, Teleqramda moderasiyanın olmaması səbəbindən, Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda ittiham edir. İddialara görə, iş adamını 20 ilə qədər həbs cəzası gözləyir.