Murakaminin məşhur romanı satışa çıxarılır - Adı gizlin saxlanılır

Populyar yazıçı Haruki Murakaminin yeni romanı satışa çıxarılır. 

Bizimxeber.az bildirir ki, yeni kitab haqqında demək olar ki, heç nə məlum deyil.

Bu barədə “Şinçoşa” nəşriyyatı məlumat yayıb. Hazırda romanın adı gizli saxlanılır. Məlumdur ki, əsərin həcmi 1200 səhifə, qiyməti isə 22 dollar təşkil edir. Kitabın elektron versiyası da buraxılacaq.

Xatırladaq ki, bu, Murakaminin son altı ildə ilk romanıdır. Əvvəlki “Komandirin qətli” 2017-ci ilin fevralında işıq üzü görüb.

Eyni zamanda, iki il əvvəl yapon yazıçısı Haruki Murakami, keniyalı Nquqi Va Tionqo və rus yazıçısı Lyudmila Ulitskaya Ədəbiyyat üzrə Nobel mükafatı üçün ilk beşliyə daxil olublar.