Müqavilə vaxtı açıqlandı - Zelenski ABŞ-a gedir

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın təbii ehtiyatları, o cümlədən nadir torpaq metalları ilə bağlı saziş imzalamaq üçün fevralın 28-də Vaşinqtona gələcək.

Bizimxeber.az bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Nazirlər Kabinetinin ilk iclasında çıxışı zamanı siyasətçi sənədin hər iki ölkə üçün əhəmiyyətini qeyd edib. 

"Çox əhəmiyyətli olacaq bir müqavilə imzalayacağıq. Mən Hovarda və Skota gördükləri işlərə görə təşəkkür etmək istəyirəm. Bu saziş nadir torpaq metallarına və digər şeylərə aid olacaq".