ABŞ-ın vitse-prezidenti J.D.Vens bu həftə Münhen Təhlükəsizlik Konfransında Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Bizimxeber.az bildirir ki, bu barədə CBS News xəbər verib.
Nəşrin məlumatına görə, Zelenski fevralın 14-də başlayacaq illik təhlükəsizlik konfransında Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək. Konfransda Vensin də iştirak edəcəyi qeyd edilir.
Nəşrin məlumatına görə, planlaşdırılan görüş haqqında ilk məlumatı New York Post qəzeti yayıb .
Münhen Təhlükəsizlik Konfransında Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da iştirak edəcək. Kelloq bildirib ki, bir sıra KİV-lərin yazdığı kimi, fevralın 14-16-da Münhen Təhlükəsizlik Konfransı zamanı Ukraynadakı müharibənin həlli planını təqdim etməyəcək.