"Münaqişənin diplomatiya yolu 91-ci il sərhədlərinə qayıtmaqdır " - Zelenski

Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılması münaqişənin diplomatiya yolu ilə həllinin əsas şərtidir.

"Bizimxeber" xarici KİV-lərə istinadən bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “The Economist” jurnalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, “insanlar ərazi kompromisləri etmək istəmirlər”.

Zelenski vurğulayıb ki, onun şərtlərinə Krımın və Donbasın bəzi hissələrinin qaytarılması da daxildir.

“Əgər o indi 1991-ci il sərhədlərinə çəkilsə, o zaman mümkün diplomatiya yolu başlayacaq. Məhz münaqişəni hərbi yoldan diplomatik yola çevirə bilən budur. Bunu yalnız o edə bilər”, - Ukrayna prezidenti vurğulayıb.