"Mükəmməl" ingilis dilinə malik Seymur Orucov gözə kül üfürmək əvəzinə...

“Ağstafa rayon İcra Hakimiyyəti qərəzli olmağım və şəhid Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli haqqında yalan məlumatlar yaymaq barədə öz səhifəsində bəyanat yayıb. Məsləkləri yarınmaq olanlar isə şərhlərdə özlərinə əl qatıb haqqımda yalanlar tirajlayırlar. Bildirirəm ki, heç vaxt, heç kimə qarşı qərəzli olmamışam. Şəhid adı ilə şəxsi məqsədlər güdməyi, yalan danışmağı isə murdarlıq sayıram”.

Bizimxeber.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“Şəhid Azər Yusifli ilə bağlı mənə onun dayısı Fərman Mollayev müraciət edib və problemləri çatdırıb. Ondan sonra fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevə müraciət etmişəm və təşəkkür edirəm ki, Etibar müəllim problemin birini dərhal həll edib. Başqa problemlərlə bağlı da bacardığım ünvanlara müraciət etsəm də, heç nəyi ictimailəşdirmək istəmirdim.

"Mükəmməl" ingilis dilinə malik YAP Gənclər təşkilatının sədri olmuş Ağstafanın icra başçısı Seymur Orucov bəyanat yaymaq, gözə kül üfürmək əvəzinə birbaşa vəzifəsini icra etsə daha yaxşı olardı” – A.İsmayılov qeyd edib.