"Müharibə biz məqsədimizə çatanda bitəcək" - Peskov

"Xüsusi əməliyyat, şübhəsiz ki, bütün məqsədlərə çatdıqda, dəqiq vaxt çərçivələri olmadıqda, başa çatacaq".

Bizimxeber.az bildirir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov İrana müsahibəsində bildirib. 

O, xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə RF Silahlı Qüvvələrinin mülki infrastruktura ziyan vurmaması və mülki əhali arasında itkilərin qarşısını almaq üçün əmr verib.