Moskvaya dron hücumu - Ölən və yaralananlar var - Video

Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu zamanı iki yaşayış binasında yanğın baş verib.

Bizimxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyev məlumat verib.

Onun sözlərinə görə, Ukraynaya məxsus pilotsuz təyyarənin Ramenskoyedəki yaşayış binasına çırpılması nəticəsində 11-12-ci mərtəbələrdəki evlərdə yanğın baş verib, 46 yaşlı qadın ölüb.

PUA-lardan biri isə Vısokovoltnaya küçəsindəki binaya çırpılıb.

Hadisələr zamanı 3 nəfər yaralanıb.

O, həmçinin bildirib ki, ümumilikdə bu gecə hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna şəhər rayonlarında 14 pilotsuz uçuş aparatı vurub.