Moskvada miqrantlar arasında kütləvi dava, saxlanılanlar var

Moskvada işçi miqrantlar arasında yenidən kütləvi dava baş verib.

Polis davadan sonra 23 nəfəri saxlayıb. Bildirilir ki, insident paytaxt Moskvanın şimalında Koptevo adlı ərazidə baş verib. Spirtli içki qəbulu zamanı sözlü atışma daha sonradan kütləvi davaya çevrilib. 

Davada miqrantlarla yanaşı, ruslar da iştirak edib. Dava zamanı bıçaq xəsarəti almış bir nəfər xəstəxanaya yerləşdirilib. Polis istintaq öncəsi yoxlamalara başlayıb. Dava iştirakçılarının ölkədən deportasiya edilməsi istisna edilmir.

Qeyd edək ki, son zamanlar Moskvada miqrantlar arasında kütləvi davalar qeydə alınır.