Moskvanın ən böyük bazarlarından biri olan "Sadovod”da yanğın başlayıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
Bildirilir ki, hazırda ərazidə təxliyə işləri aparılır.
Hadisə yerində 20-dən çox yanğınsöndürmə briqadası işləyir.
Qeyd edək ki, 40 hektardan çox ərazini əhatə edən "Sadovod” bazarı Azərbaycan əsilli yəhudi iş adamları Qod Nisanov və Zarah İliyevin "Kiyevskaya ploşad” şirkətinə məxsusdur.