Rusiya Ukraynanın Avropa İttifaqına daxil olmasına etiraz etmir.
Bizimxeber.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiya iqtisadi birlik olduğu üçün Ukrayna da daxil olmaqla, Avropa İttifaqına daxil olmağı istənilən dövlətin suveren hüququ hesab edir ", - Peskov bildirib.
Eyni zamanda o, Moskvanın hərbi və müdafiə ittifaqlarına qoşulan ölkələrlə bağlı fərqli mövqe tutduğunu vurğulayıb. "Ancaq təhlükəsizlik, müdafiə və hərbi ittifaqlarla bağlı məsələlərdə, əlbəttə ki, tamamilə fərqli mövqedəyik. Orada artıq fərqli yanaşmamız var və bu, hamıya yaxşı məlumdur", - Kreml sözçüsü əlavə edib.