"Moskva deyil, ABŞ Kreml ilə əlaqələri kəsib" - Ryabkov

"ABŞ uydurma bəhanələrlə Rusiya ilə əlaqələri kəsir. Moskva heç vaxt Vaşinqtonla əməkdaşlıqdan imtina etməyib".

Bizimxeber.az bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Biz heç vaxt heç bir əlaqədən imtina etmirik. Məsələ burasındadır ki, Amerika tərəfi ilə müxtəlif səviyyələrdə uydurma bəhanələrlə əlaqələr kəsilib və səfirliklər vasitəsilə yalnız işləyən, səmərəli kanallar, epizodik telefon danışıqları qalıb. Əgər onlar başqa heç nə tələb olunmadığına inanırlarsa, biz bunu onların mövqeyi kimi qəbul edirik”, - deyə cənab Ryabkov jurnalistlərə bildirib.

O, hansı müqavilələrdən danışdığını açıqlamayıb. Rusiya Federasiyası xarici işlər nazirinin müavininin sözlərinə görə, bu halda Rusiya tərəfinin təşəbbüsü və təklifləri yersizdir: “Biz heç kimdən heç nə istəmirik. Əlaqələrin mənalı olması üçün hər iki tərəfin marağı lazımdır. Bu arada, görünür, biz məlum alqoritmə uyğun işləyəcəyik".

Sergey Ryabkov əlavə edib ki, Moskva Vaşinqtondan heç bir maraq görmür.