Monteneqroda kütləvi aksiyalar başladı - “Sisteminiz çürükdür” və “Əlləriniz qan içindədi”

Yüzlərlə monteneqrolu paytaxt Podqoritsada 12 qurbana səbəb olan kütləvi qətlin qarşısını ala bilməyən hakimiyyətin hərəkətsizliyinə qarşı etiraz aksiyası keçirib.

Bizimxeber.az bildirir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Etirazçılar kadr çatışmazlığı və ehtiyatsız polis qüvvəsinin ləng islahatından, habelə hökumət daxilində bürokratik və siyasi mübahisələrdən qəzəbləniblər. Etirazçılar əllərində “Sisteminiz çürükdür” və “Əlləriniz qan içindədi” yazılmış plakatlar tutublar. Yas əlaməti olaraq hasara qara lentlə qızılgüllər də bağladılar.