Moldovada seçki qalmaqalı - Sandu görünməmiş saxtakarlıqlar elan etdi

"Moldovada keçirilən seçkilərdə və referendumda ədalətli siyasi proses olmayıb".

Bizimxeber.az bildirir ki, bunu Moldova prezidenti Maya Sandu seçki qərargahında çıxışında bildirib. Sandu iddia edir ki, hakimiyyətdə irimiqyaslı səslərin satın alınmasına dair sübutlar var.

“Bizim bu cinayətkar qrupların 300 min səs almağı hədəflədiyinə dair aydın sübutlarımız var” deyib, və bunu “görünməmiş miqyasda saxtakarlıq” adlandırıb.

Sandu çıxışında bir neçə aydır ki, “azadlığa və demokratiyaya misli görünməmiş hücum”un davam etdiyini və bunun arxasında “on milyonlarla avro, yalan və təbliğatla ölkəmizə hücum edən cinayətkar qrupların və xarici qüvvələrin dayandığını vurğulayıb: