Moldova hökuməti yeni ildən Rusiya qazının tədarükünün dayanacağını ehtimal edir.
Bizimxeber.az bildirir ki, bu barədə Moldova prezidenti Maya Sandu deyib.
Sandu keçmiş energetika naziri Viktor Parlikovun "Qazprom"la danışıqlar üçün Rusiyaya səfərini də müdafiə edib.
"Bu, ona görə lazım idi ki, bizim "Qazprom"la müqaviləmiz var və onun müqavilə öhdəliklərini yerinə yetirib-yetirməyəcəyini yoxlamaq vacib idi. Yoxsa, Dnestrin sol tərəfindəki vətəndaşlarımız üçün həll yolu tapmalıyıq", - Sandu bildirib.
Prezident əlavə edib ki, gözlənilən ssenari 2025-ci ilin əvvəlində ölkənin qazsız qalmasıdır. “Qazprom” hələlik dəqiq cavab verməyib və biz güman edirik ki, yanvarın 1-dən qaz verilməyəcək”, - Maya Sandu bildirib.
Xatırladaq ki, dekabrın 16-dan Moldovada enerji sektorunda 60 gün davam edəcək fövqəladə vəziyyət rejimi qüvvədədir. Hökumət 2025-ci il yanvarın 1-dən Ukrayna ərazisindən tranzit dayandırıldıqdan sonra Rusiya qazının tədarükü ilə bağlı qeyri-müəyyənlik səbəbindən belə bir addım atıb.
Dnestryanı və onun iqtisadiyyatı tamamilə pulsuz Rusiya qazından, Moldova isə bölgədəki elektrik stansiyasından gələn elektrik enerjisindən kritik dərəcədə asılıdır.
Moldova hökuməti etiraf edib ki, enerji böhranının ən pis ssenarisi reallaşarsa və region Rusiya qazından məhrum olarsa, ən həssas kateqoriyalı sakinlər Dnestryanıdan deportasiya ediləcək.
Rusiya 2025-ci il yanvarın 1-dən qaz nəqlini dayandırarsa, Aİ Moldovaya pulla kömək etməyə hazırlaşır.