Moldova Aİ-yə üzvlüklə bağlı danışıqlara başlayır

Moldova hakimiyyəti yaxın həftələrdə Aİ-yə daxil olmaq üzrə tematik klasterlər üzrə danışıqlara başlayacaq.

Bizimxeber.az bildirir ki, bu barədə Moldovanın xarici işlər naziri Mixail Popşoy deyib. "İlk klasterlər tezliklə, əslində yaxın həftələrdə açılacaq" -deyə nazir bilririb.

Popşoy qeyd edib ki, Moldova bütün Aİ ölkələri ilə sıx əlaqələr saxlamaq niyyətindədir.