Moldova Aİ-nin təhlükəsizlik sazişi imzaladığı ilk ölkə oldu

Avropa İttifaqı və Moldova arasında təhlükəsizlik üzrə tərəfdaşlıq haqqında saziş imzalanıb ki, bu da Aİ üçün ilk belə sənəd adlanır. 

Bizimxeber.az bildirir ki, bu barədə Avropa İttifaqının baş diplomatı Xosep Borrell məlumat verib. 

Borrell qeyd edib ki, Moldova ilə saziş Aİ üçün ilk belə sazişdir.

Sənədi Moldova tərəfdən baş nazir Dorin Reçan, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi imzalayıb. 

"Moldova Aİ ilə müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında saziş imzalayan ilk ölkədir. Bu tərəfdaşlıq ölkənin sabitliyini gücləndirəcək və bizə ümumi təhlükəsizlik çağırışlarına birlikdə cavab verməyə, fəaliyyətlərimizi daha səmərəli etməyə və bu sahədə əməkdaşlığa başlamağa imkan verəcək".

Müqavilənin imzalanması ötən həftə elan edilib.

Xatırladırıq ki, Aİ üzv dövlətlərlə birlikdə G7 Vilnüs Bəyannaməsinin davamı olaraq  Ukrayna ilə təhlükəsizlik sazişi hazırlayır.

Ukrayna ilə Avropa İttifaqı arasında saziş layihəsi haqqında ilk məlumat verən alman qəzeti Welt am Sonntag, müqavilənin iyunun sonuna qədər yekunlaşdırılmasının planlaşdırıldığını iddia etdi.