MN şəhidimizlə bağlı "araşdırma"nı bu video ilə yekunlaşdırdı

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə erməni təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət alındığını bildirmişdi.

Bundan sonra isə Müdafiə Nazirliyi şəhid qardaşını nazirliyə dəvət edərək, araşdırma başladıldığını bildirmişdi.

Ötən gün başladılan “araşdırma”nın bir neçə saat şəhid qardaşının çəkilib yayılan videosu ilə bitməsi isə sosial şəbəkələrdə etirazla qarşılanıb.

Əksəriyyət şəhid qardaşının buna məcbur edildiyini iddia edir.

Video zamanı şəhid qardaşının danışarkən kameraya baxmaması xüsusi diqqət çəkir.

Bizimxeber.az həmin videonu təqdim edir: