Miqrant sərhəddi paraplanla keçdi

Mərakeşdən olan miqrant paraplanla Afrika sahillərində İspaniyanın Melilla anklavı ərazisinə daxil olub.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki adam yerə enəndən dərhal sonra qaçıb və axtarışa verilib. Onu görən sakinlər polisə məlumat verib.

Qeyd edək ki, paraplan ilk dəfə belə məqsədlər üçün istifadə olunur. 

İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən ölkəyə 29 min miqrant qeyri-qanuni yollarla daxil olub ki, onlardan 1500-ə yaxını Melilla vasitəsilə olub.