Türkiyənin İzmir şəhərindən çıxaraq İtaliyaya doğru hərəkət edən miqrant qayığı parçalanıb.
Bizimxeber.az bildirir ki, qayıqda 140-150 miqrant olub.
Nəticəsə biri körpə, bir neçə qadın da daxil olmaqla ən azı 61 nəfər ölüb. Aralıq dənizinin hadisə baş verən hissəsində pis hava şəraiti axtarış işlərinə mane olur. Reuters agentliyinin məlumatına görə, gəmi 3-4 gün əvvəl Türkiyənin İzmir şəhərindən 140-150 nəfərlə yola düşüb.
İtaliyanın yanğınsöndürmə briqadasının CNN-ə verdiyi məlumata görə, 80-ə yaxın insan qayığın parçalarına yapışan sudan xilas edilib. Sağ qalanlar İran, Pakistan və Əfqanıstan vətəndaşlarıdır.