Milyarderin yaxtası yoxa çıxdı

İtaliyanın Sardiniya adasının limanında 22 metrlik "Aldabra" yaxtası itib.

Bizimxeber.az bildirir ki, "The Guardian" nəşrin məlumatına görə, gəmi mineral gübrə şirkətinin sahibi, keçmiş Formula 1 pilotu Nikita Mazepinin atası milyarder Dmitri Mazepinə məxsusdur.

İtaliyada ilk dəfədir ki, ölkədəki aktivləri dondurulmuş bir rus Aİ-nin sanksiyalarından yayına bilib.

Yaxtanın qiyməti 700.000 avro ilə 1 milyon avro arasında dəyişir. O, Sardiniyanın əsas limanlarından birində - Olbiyada dayanmışdı. Mart ayında Mazepin Ukraynadakı hərbi əməliyyatlar fonunda sanksiya siyahısına salındıqdan sonra gəmi həbs edilib.

The Guardian yazır ki, Aldabra iyun ayına qədər limanda qaldı, lakin "Mazepinə aid olduğu rəsmən təsdiqlənmədən bir neçə saat əvvəl yoxa çıxdı.