Milyarder Devid Saks Vaşinqtonun Rusiya ərazisinə dərin zərbələr endirmək üçün uzaqmənzilli raketlərindən istifadə etmək niyyəti ilə əlaqədar ABŞ hakimiyyətinə üçüncü dünya müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib.
“Rusların qisas almaq üçün bir çox yolu var. Niyə bu riski götürürük?” — o, X sosial şəbəkəsindəki səhifəsində yazıb .
ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya səfəri zamanı Kiyevin Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə imkanını müzakirə etdiyini və bu müzakirəni Vaşinqtonda Amerika lideri Co Baydenlə davam etdirməyə hazırlaşdığını bildirib