Milton qasırğası ABŞ-ın Florida ştatının qərb sahilinə çataraq ciddi dağıntılara səbəb olub.
Bizimxeber.az bildirir ki, fırtına, maksimum 120 mil/saat (195 km/saat) sürətlə küləklərlə, 19 tornado yaradıb və evləri dağıdıb.
Tampa Körfəzi bölgəsində isə fövqəladə daşqın baş verib. Florida ştatının şərq sahilindəki Fort Pirs şəhərində, ən azı iki nəfərin ölüdüyü bildirilir.