Millimiz məğlubiyyətlə başladı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün DÇ-2023-ün seçmə mərhələsində ilk oyununa çıxıb. 

Bizimxeber.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv səfərdə Rusiya ilə qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb. Azərbaycan millisi seçmə mərhələnin E qrupunda Rusiya ilə yanaşı, Danimarka, Bosniya və Herseqovina, Monteneqero və Malta ilə mübarizə aparacaq.

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu
17 sentyabr

Rusiya – Azərbaycan 2:0
Qollar: Marina Fedorova, 42. Nelli Korovkina, 75.
Baş hakim: Viola Raudzina (Latviya)