Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
Vəkil Turan agentliyinə bildirib ki, jurnalistin həbsindən sonra onunla bağlı istintaq hərəkətləri aparılmayıb. İş üzrə ümumi hərəkətlər var. Eyni zamanda, Cavadlı istintaq materiallarını imzalamaqdan imtina edir, çünki əvvəldən qaçaqmalçılıq ittihamlarını əsassız sayaraq ifadə verməkdən imtina edib.
Vəkil qeyd edib ki, Cavadov ruh yüksəkliyini saxlayır və ona dəstək olanların hamısına öz salamlarını çatdırır.
6 dekabr 2024-cü ildə “Meydan” TV-nin əməkdaşları Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Natiq Cavadlı və jurnalist-frilanser Ramin Deko (Cəbrayılzadə), eləcə də media eksperti Ülvi Tahirov valyuta qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar. /Turan.az/