Messi “Qızıl top” alması barədə: “Barselona”da yaxşı il keçirmişəm”

PSJ-nin hücumçusu Lionel Messi "Qızıl top”u qazanması ilə bağlı fikirlərini bölüşüb.

"Düşünürəm ki, La Liqa və Çempionlar Liqasını qazana bilməsək də "Barselona”da yaxşı il keçirmişəm. Biz sona qədər çempionatda qələbə üçün mübarizə apardıq, İspaniya Kubokunu qazandıq.

PSJ-nin "Qızıl top” qazanmış ilk futbolçusu olmaq mənim üçün böyük şərəfdir. Bu, xüsusi hadisədir”, - deyə L.Messi bildirib. Sports.ru