Merkel: "Avropa Putinin nüvə ilə bağlı dediklərini ciddi qəbul etməlidir"

Almaniyanın keçmiş kansleri Angela Merkel hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin dövləti müdafiə etməyə hazır olması ilə bağlı dediyi sözlər ciddi qəbul edilməlidir. Onun fikrincə, bu xəbərdarlıqlara ciddi yanaşmaq zəiflikdən yox, siyasi müdriklikdən xəbər verər.
Bizimxeber.az bildirir ki, Süddeutsche Zeitung qəzeti Merkeldən sitat gətirərək yazır: ""Onları blef kimi rədd etmək yox, ciddi qəbul etmək zəiflik deyil, siyasi müdriklik əlamətidir".

Bu arada Serbiya prezidenti Aleksandar Vucic bundan əvvəl əmin olduğunu bildirib ki, Rusiya lideri rus xalqını qorumaq üçün bütün vasitələrdən istifadə etməyə hazır olduğundan danışarkən blef etmir .

Putin sentyabrın 21-də çıxışında bəyan edib ki, Rusiyanın ərazi bütövlüyü təhlükə altına düşərsə , rus xalqını qorumaq üçün bütün vasitələrdən istifadə olunacaq.