Meriyanın Yaşıllaşdırma Təsərrüfatı Birliyi ağacların qətlinə göz yumdu, Nazirlik hərəkətə keçdi – FOTO - AÇIQLAMA

Paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 22 ünvanında yaşıllığa qənim kəsilənlər müəyyənləşdirilib. 

Bizimxeber.az Sahibkar obyektinin qarşısını artırmaq məqsədi ilə Bakı şəhər İcra Hakimiyyətinin Təsərrüfat Birliyinin əməkdaşları ilə sövdələşərək bu ekoloji cinayətə cəhd edib.

Sakinlərin sözlərinə, əvvəlcə 102 polis xidmətinə məlumat verilib və ağacların kəsilməsinin qarşısı ilk cəhddə alınıb. Lakin sonra yenidən cəhd göstərilib, ağaclar kəsilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı akt tərtib edərək prokurorluğa göndərib. /Tia.az/

***

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bizimxeber.az-a verilən məlumata görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 22 ünvanında Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ağac kəsilməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.

Qurumdan verilən məlumata görə, qeyd olunan ünvanda Yaşıllaşdırma Təsərrüfatı Birliyinin heç bir nümayəndəsi olmayıb, ağacların kimlər tərəfindən kəsilməsindən xəbərsizdirlər.

Ümumiyyətlə, qəzalı, çürümüş ağacların kəsilməsi birlik tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında həyata keçirilir. "Bu ağacların kəsilməsin qurum tərəfindən həyata keçirilməyib"-deyə açıqlamada deyilir.