Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun Meral Akşenerlə bağlı "Onunla siyasətə qatıldım, heç vaxt güvənmədim. Kimlə görüşdüsə satdı" sözləri yenidən gündəm olub.
Bizimxeber.az bildirir ki, "İYİ" Partiyanın sədri Meral Akşener "altılı masa"nı dağıtdı. Kamal Kılıçdaroğlunun namizədliyini qəbul etməyən Meral Akşener Millət Alyansından ayrılıb.
Bu arada Daxili İşlər naziri Süleyman Soylunun açıqlamaları gündəmə gəlib. Nazir Soylunun Meral Akşenerlə bağlı “Kimə rast gəldisə satdı” ifadələri yada düşüb.
"Onunla doğru yolda siyasət apardım. Biz ona heç vaxt güvənməmişik. Tansu Çilləri "Doğru Yolda" satıb. O, AK Partiya yaranarkən AK Partiyaya gəldi, orada 1 gündə Tayyib Ərdoğanı satdı. Sonra MHP-yə, Dövlət Baxçalıya getdi. Milliyyətçi Hərəkat Partiyasını bir gündə satdı. İndi "altı masanı" fırladır. Hansı gün satacağını gözləyirik".