Xorvatiyanın Zupanya şəhərinin keçmiş meri Davor Miliçeviç kolbasa almaq üçün büdcə vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.
Bizimxeber.az bildirir ki, istintaqın məlumatına görə, Miliçeviç Zupani şəhərinin meri olduğu müddətdə kolbasa, xüsusən kulen - Xorvatiya Slavoniyası üçün ənənəvi olan ədviyyatlı donuz ətindən hazırlanmış kolbasa almaq üçün ildə 600 min kuna qədər pul xərcləyib.
İddialara görə, siyasətçi ümumilikdə 1,5 tona qədər kolbasa alıb və sonra bu kolbasa müxtəlif nazirliklərə və dövlət qurumlarına “hədiyyə” kimi təqdim edilib.
İddialara görə, Zupeni şəhərinin meri yerli Mesnica As ət emalı zavodunun direktoru İlla Jeloviç ilə əlbir olub və şayiələrə görə, hətta müəssisədə pay sahibi olub. Bundan əlavə, Miliçeviçin qardaşı və qızı ət kombinatında işləyirdilər.
İş Xorvatiya polisi və Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosu (USKOK) tərəfindən araşdırılır.