“Mən prezident seçilməsəm, istəyirəm o seçilsin” — Muharrem İnce

Türkiyədə prezidentliyə keçmiş namizəd, Məmləkət Partiyasının başqanı Muharrem İnce 14 meya gözlənilən prezident seçkisində iştirakı ilə bağlı suallara aydınlıq gətirib.

Bizimxeber.az xəbər verir ki, M.İnce ağır şərtlər altında olsa da, namizəd kimi seçkiyə qatılmaqda qərarlı olduğunu söyləyib: “Mənim xəzinə yardımım yoxdur. Mənim bələdiyyələrim yoxdur. Mənim arxamda heç bir holdinq yoxdur. 100 min vətəndaşımız mənə imza atsa, namizəd olacağıq. Bizim işimiz çətindir, amma qeyri-mümkün deyil”.

CHP lideri Kemal Kılıçdaroğlunun mümkün namizədliyi ilə bağlı danışan İnce, 'Əgər mən seçkini qazanmasam, onun qazanmasını istəyirəm' deyib.
M.İnce "Bir siyasi partiyanın lideri prezidentliyə namizəd deyilsə, o kreslodan istefa verməlidir. Hazırda hörmətli Kılıçdaroğlu namizəd olmalıdır, olmursa, yerini namizdə ola biləcək şəxsə verməlidir” sözlərini əlavə edib.//Turkustan.az