"Mən onlara Mahaçqaladan Mıtişiyə silah gətirmişəm"

“Crocus City Hall”a hücum edən terrorçulara silahı mən aparmışam". 

Bizimxeber.az bildirir ki, bunu Dağıstanda saxlanılanlardan biri deyib. 

Onun etirafının görüntülərini FSB yayıb. Əməliyyatçılar onun evindən 2 ədəd “Kalaşnikov” avtomatı və 460 ədəd patron götürüblər.

"Mən onlara Mahaçqaladan Mıtişiyə silah gətirmişəm", - saxlanılan şəxs deyib.

O əlavə edib ki, Crocus City Hall-a hücum edənlərə “həm maliyyə, həm də silahla” kömək edib.