Melonidən gözlənilən təklif - 5-ci maddə Ukraynaya şamil edilsin

İtaliyanın baş naziri Giorgia Meloni NATO Nizamnaməsinin kollektiv müdafiə prinsipini nəzərdə tutan 5-ci maddəsinin Ukraynaya şamil edilməsini təklif edib.

Bizimxeber.az bildirir ki, ancaq ölkənin alyansa üzvlüyünün verilməsindən söhbət getmir. Onun sözlərinə görə, bu variant artıq müzakirə olunur. 

“Bu, NATO-ya üzv olmaqdan fərqlidir, lakin bu, üzv ölkələrin istifadə etdiyi eyni zəmanətlərin Ukraynaya da verilməsi deməkdir. Bu, digər təkliflərdən daha səmərəli, sabit, uzunmüddətli təminat olardı. Biz bunu müzakirə edirik”.