Melaniya Trampın Ağ Evdəki həyatı - Film çəkəcək

Amerika Birləşmiş Ştatları prezidentinin həyat yoldaşı Melaniya Tramp Ağ Evdəki həyatdan bəhs edən sənədli film çəkməyə hazırlaşır.

Bizimxeber.az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

Nəşrin məlumatına görə, Amerika liderinin həyat yoldaşı öz həyatını çəkmək üçün indiyədək heç bir birinci xanımın etmədiyi tam hüquqlu çəkiliş qrupu ilə hərəkət edir. 

Film Amazon Prime axın xidmətində olacaq. Xidmət bu layihənin hüquqları üçün 40 milyon dollar ödəyib. Bu məbləğin əsas hissəsi prodüser kimi fəaliyyət göstərdiyi üçün Melaniya Trampa çatacaq.