"Formula 1" üzrə dünya çempionatının 18-ci mərhələsi sayılan Meksika Qran-prisinin qalibi müəyyənləşib. Yarışı "Red Bull-Honda"nın niderlandlı pilotu Maks Verstappen birinci başa vurub.
O, Meksikanın paytaxtında 4,3 kilometrlik "Hermanos Rodrigez" trekində 71 turluq mübarizəni birinci yerdə bitirib. Verstappen bununla da mövsümdə 9-cu, karyerasında isə 19-cu çempionluğu yaşayıb.
Hazırda mövsümdə Verstappenin 9, Luis Hemiltonun ("Mersedes") 5, Serxio Perez ("Red Bull-Honda"), Esteban Okon ("Alpine"), Daniel Riççiardo ("Maklaren-Mersedes") və Valtteri Bottasın ("Mercedes") isə hərəyə bir qələbəsi var.