"Meksika körfəzi hələ də Meksika körfəzidir" - Sheinbaum

Meksika prezidenti Meksika körfəzinin adının dəyişdirilməsi ilə bağlı Google-a məktub göndəriləcəyini açıqlayıb.

Bizimxeber.az bildirir ki, Meksika prezidenti Claudia Sheinbaum açıqlamasında deyib ki, Bu addım, ABŞ prezidenti Donald Trampın Meksika körfəzinin adını "Amerika Körfəzi" olaraq dəyişdirməyə qərar verməsindən sonra atılır.

Sheinbaum, Google-un bu dəyişiklikləri qəbul etməməsi üçün məlumatlı olmağını istədiyini bildirib və qeyd edib ki, Meksika körfəzi hələ də Meksika körfəzidir və dünya üzrə bu adı tanımaq lazımdır.